Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları ölkənin birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını saxlayıblar. O, külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mətbuat idarəsi məlumat yayıb.
Kayrat Satıbaldıulı barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə araşdırma aparılır. O, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.