BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Azərbaycana yalvararaq Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək” - Deputat

“Azərbaycanla İran arasında Anlaşma Memorandumunun imzalanması ölkəmizin növbəti diplomatik uğurudur. Ermənistan Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildikdən sonra kapitulyasiya aktına imza atmağa məcbur olub. Həmin razılaşmaya əsasən, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan dəhliz keçməli idi. Ermənistan isə ötən müddət ərzində müxtəlif bəhanələr gətirərək buna mane olmağa çalışıb. Onlar Azərbaycanın çevik addım ataraq İranla memorandum imzalayacağını düşünməyiblər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

O bildirib ki, Azərbaycan Ermənistanın növbəti uğursuz siyasətinə cavab olaraq diplomatik həmlə edib: “Azərbaycan Naxçıvanla əlaqələrin İran ərazisindən keçən xətlə açılmasına nail olub. Ermənistan “pat” vəziyyətdə qalıb. Uğursuz siyasəti nəticəsində blokadadan çıxa bilmir. Onsuz da çökməkdə olan Ermənistan indi daha acınacaqlı vəziyyətdədir. Azərbaycan isə Vətən müharibəsinin qalibi kimi diktə edən tərəfdir. Belə olan halda, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməməklə Azərbaycanı pis vəziyyətdə qoymaq istəyirdi, lakin indi başa düşürlər ki, onların bu çirkin niyyətləri baş tutmayıb. Hesab edirəm ki, Ermənistanın “baş bilənləri” düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar. Onlar 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atmaq üçün Azərbaycana yalvardıqları kimi bundan sonra da yalvarıb Zəngəzur dəhlizinin açılmasına razılıq verəcəklər. Burada, əlbəttə ki, uduzan tərəf Ermənistandır. Azərbaycana lazım olan dəhlizin açılması artıq reallaşır”.

 

Nəzrin Cavid

Tarix: 14 Mart 2022, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin