“Prezident İlham Əliyevin göstərişi ilə İran və Azərbaycan arasında imzalanan növbəti anlaşma çərçivəsində iki ölkə arasında körpülərin və yol infrastruktur layihələrinin çəkilməsi Azərbaycanın növbəti uğurudur. Bu, həmçinin Azərbaycanın region əlaqələrindəki növbəti nailiyyəti hesab edilə bilər. Yeni layihə İran və Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına və Naxçıvanla birbaşa quru xəttinin olması ilə əlaqənin gücləndirilməsinə, eyni zamanda region ölkələrinin iqtisadi inkişafına səbəb olacaq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.