Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Nəsib Məhəməliyev: “Tarix göstərdi ki, Azərbaycan dövləti heç vaxt kənar təsirlər altında qərar qəbul etmir”

824
Paylaş:
Nəsib Məhəməliyev: “Tarix göstərdi ki, Azərbaycan dövləti heç vaxt kənar təsirlər altında qərar qəbul etmir”

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu tarixi sənəddir. Bu, onu göstərir ki, Ermənistan tarixi şansdan növbəti dəfə yararlana bilmədi və erməni xalqı yenə də xəstə təxəyyülün girovluğunda qalmağa davam edir. Ermənistan 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Qeyd etmək yerinə düşər ki, Ermənistan xarici siyasətində və bir çox məsələlərin həllində müstəqil siyasət yürütmək iqtidarında deyil. Bu dövlət xarici faktorlardan, ilk növbədə, erməni diasporu və lobbi təşkilatlarından, eləcə də regionda geosiyasi maraqları olan digər dövlətlərdən asılıdır. Ona görə də istənilən qərarı qəbul edərkən qeyd edilən hər üç faktorla hesablaşmağa məcburdur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanın asılı vəziyyətdə olacağını düşünüb Zəngəzur dəhlizi məsələsindən istifadə edərək prosesi uzatmaq istəyirdi: “Ermənistan növbəti dəfə yanıldı və tarix göstərdi ki, Azərbaycan dövləti heç vaxt kənar təsirlər altında qərar qəbul etmir. Prezident İlham Əliyev verdiyi qərarları ilə Azərbaycanı digər dövlətlərdən asılı vəziyyətə salmır. Azərbaycan Naxçıvanla quru sərhədini Ermənistan olmadan da alternativ olaraq yarada bildi. Nəticədə, udan tərəflər Azərbaycan və İran xalqlarıdır. Bu, Ermənistana növbəti dövlətçilik dərsidir. İstənilən halda, qapılar Ermənistan üçün tam bağlanmayıb, o, Azərbaycanın irəli sürdüyü şərtləri vaxtında qəbul etməli, kommunikasiyalar açılmalı, iqtisadi münasibətlər bərpa olunmalı və Qarabağ ərazisində qalmış silahlı erməni tör-töküntüləri təmizlənməlidir. Əks halda, Ermənistan bütün iqtisadi layihələrdən və kommunikasiyalardan kənarda qalacaq və daim blokada şəraitində yaşamağa məcbur olacaq. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəsinə düşənləri yerinə yetirməsə, beynəlxalq hüquqa uyğun olaraq, ermənilərə Laçın dəhlizi ilə bağlı da müəyyən məhdudiyyətlər tətbiq edə və tarif siyasətini dövlətlərarası münasibətlərə uyğun həyata keçirə bilərik. Hesab edirəm ki, hər şey qarşılıqlı olmalıdır”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər