Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Avropa İttifaqı Şurası Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi qəbul edir" - RƏY

932
Paylaş:
"Avropa İttifaqı Şurası Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi qəbul edir" -         RƏY

“Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək geniş spektrli məsələləri müzakirə etmələri ciddi mətləblərdən xəbər verir. Əvvəla, Şarl Mişel bununla Azərbaycana, əlbəttə ki, ölkənin lideri İlham Əliyevə hörmət etdiyini bildirir. Görünür, Avropa İttifaqı Şurası Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi qəbul edir. Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini tənzimləyən sənəd üzərində iş gedir və tamamlanmaq üzrədir. Yəni, Azərbaycan Avropa İttifaqının səmimi və dost tərəfdaşıdır. Cənab Prezident İlham Əliyev bunu özünün məntiqli, səmimi mövqeyi ilə çoxdan sübut edib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, telefon danışığı zamanı postmünaqişə dövrü məsələləri, sərhəddə baş verən təxribatlar barədə müzakirələr aparılıb, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də sülh sazişinin imzalanması kimi vacib məqamlara toxunulub: “Prezident Azərbaycanın şərtlərini Şarl Mişelin nəzərinə çatdırıb. Bundan başqa, cənab Prezident Avropa İttifaqının Prezidentinə Avropa Parlamentində parlamentarilərin qəbul etdiyi həqiqətə uyğun olmayan qətnamə barədə fikirlərini bildirib. Əlbəttə ki, həmin sənəd kağız parçasından başqa bir şey deyil və qüvvəsi də yoxdur. Sadəcə olaraq, belə bir qətnamənin qəbul edilməsi Avropa Parlamentini təmsil edənlərin hələ də erməni lobbisinə xidmət etdiyini göstərir”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycanda regionda diktə edən və yeni reallıqlar yaradan dövlətdir: “Avropa bunu kifayət qədər yaxşı anlayır. Hər dəfə Şarl Mişel və digərləri Azərbaycanın yaxşı tərəfdaş və dost ölkə olduğunu bildirirlər. Azərbaycan da öz səmimi mövqeyi ilə bunu sübut edib. Hesab edirəm ki, Şarl Mişel ermənilərin son vaxtlar sərhəddə törətdikləri təxribatlar və sülh sazişinin imzalanması üçün şərtlərdən yayınmaları, vaxt uzatmaları barədə ətraflı məlumatlanıb. Ötən gün baş tutan telefon danışığını ümumilikdə pozitiv hesab etmək lazımdır. Bu, Avropa İttifaqının bölgəyə, xüsusən də Azərbaycana olan marağını göstərir. Gələcəkdə də Azərbaycanla Avropa İttifaqının münasibətləri daha da yaxşılaşacaq, çünki bunun üçün hər iki tərəfin potensialı var. Postmüharibə dövründə Azərbaycanın təklif etdiyi yeni layihələr dünyanın diqqət mərkəzindədir. Dünya dəyişdikcə Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan özünün cəlbedici statusunu qoruyub saxlayır”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər