Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

YAP-dan Hadi Rəcəbli və Hüseynbala Mirələmovla bağlı AÇIQLAMA

1 036
Paylaş:
YAP-dan Hadi Rəcəbli və Hüseynbala Mirələmovla bağlı     AÇIQLAMA

“Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edilir. Həmin dairələrdə maraqlı tərəf çox idi”.

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov “Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrin etibarsız sayıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi - 33 saylı Xətai Birinci Seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Hadi Rəcəbli. Partiyanın buna münasibəti necədir? Sizcə, həmin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?” sualını cavablandırarkən deyib.

S.Novruzovun sözlərinə görə, çalışırdılar ki, orada çtəxribat yaratsınlar: “Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər”.APA

Paylaş:

Ən son xəbərlər