“ATƏT-in Minks Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya bir araya gələrək faydalı qərar qəbul edə bilməzlər. Rusiya nüfuzunu itirib, həmçinin Rusiya-ABŞ və Rusiya-Fransa münasibətlərində antaqonist xarakterli ziddiyyətlər var. Belə olan halda, həmin 3 dövlətin yığışaraq müzakirə aparıb yekun qərara gəlmələri mümkün deyil. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin də dediyi kimi, müharibə başa çatıb və Minsk Qrupunun görə biləcəyi iş qalmayıb”.
Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
