Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşı ilə bağlı qərar verdi

1 056
Paylaş:
Rusiya məhkəməsi canlı yayımda plakat açan televiziya əməkdaşı ilə bağlı qərar verdi

Məhkəmə Rusiyanın “Pervıy” televiziya kanalının canlı efirində Ukraynada müharibəyə qarşı etiraz edən Mariya Ovsyannikovanı cərimə edib.

Məhkəmənin qərarı ilə Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.2-ci (icazəsiz tədbir keçirmə) maddəsi ilə təqsirli bilinərək 30 min rubl (450 manat) məbləğində cərimə olunub.

Ovsyannikova özünü təqsirli bilməyib.

Qeyd edək ki “Pervıy” Kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlərin canlı yayımı zamanı kamera qarşısına çıxaraq, üstündə “müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.

APA

Paylaş:

Ən son xəbərlər