Ağ Evin sözçüsü Cen Psaki ABŞ Prezidenti Co Baydenin Rusiyanın sanksiya siyahısına salınması ilə bağlı zarafat edib.
Vaşinqtonda keçirdiyi brifinq zamanı Psaki vurğulayıb ki, Rusiya sanksiyaları amerikalıların nəzərdə tutulan məqsədlərinə ciddi təsir göstərməyəcək.
“Heç kəsi təəccübləndirməyəcəyəm ki, heç birimiz Rusiyaya turist səfəri planlaşdırmırıq. Heç kimin Rusiyada bank hesabı yoxdur ki, biz onlara daxil ola bilməyək. Ona görə də biz irəliyə davam edəcəyik”, - deyə Psaki bildirib.