Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK seçkilərin nəticələrinə yekun vurur

1 028
Paylaş:
MSK seçkilərin nəticələrinə yekun vurur

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərinin nəticələrinə yekun vurulacaq.

Pravda.az-ın xəbərinə görə, yekun protokol Konstitusiya Məhkəməsinə göndəriləcək.

Qanunvericiliyə əsasən, MSK səsvermə günündən (9 fevral) ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır. Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədləri yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. Dairə seçki komissiyalarının protokolları tələblərə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Paylaş:

Ən son xəbərlər