Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

BMT 15 martı islamofobiya ilə mübarizə günü elan etdi

1 007
Paylaş:
BMT 15 martı islamofobiya ilə mübarizə günü elan etdi

BMT-nin Baş Assambleyasının 193 üzvü Pakistanın təklif etdiyi qətnamə layihəsinin lehinə səs verib.

Layihəyə əsasən 15 mart dünyada islamofobiya ilə mübarizə günü elan edilib.

Qətnamədə insan hüquqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunur.

Qətnamə müəllifləri insanların dini baxışlarına görə zorakılığa mərz qalmasını və ibadət yerlərinə hücumları pisləyirlər.

Sənəddə BMT-yə üzv dövlətlər islamofobiya mübarizə üçün yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etməyə dəvət olunur.

Qətnamə tövsiyə xarakteri daşıyır.

APA

Paylaş:

Ən son xəbərlər