Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

"Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"

1 001
Paylaş:
"Azərbaycanda maskadan bu qədər istifadə etmək ajiotaj yaradır"

“Azərbaycanda koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.

Pravda.az-ın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb: “İnsanlarda müəyyən narahatlıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.

Paylaş:

Ən son xəbərlər