Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputatlığa lider namizəd Şahin Seyidzadəyə böyük zərbə - 9 məntəqə ləğv edildi

1 073
Paylaş:
Deputatlığa lider namizəd Şahin Seyidzadəyə böyük zərbə -     9 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

Qeyd: Həmin seçki dairəsi üzrə lider namizəd Şahin Seyidzadədir.

Paylaş:

Ən son xəbərlər