Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK Yadigar Sadıqlının şikayəti ilə bağlı qərar verdi

907
Paylaş:
MSK Yadigar Sadıqlının şikayəti ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.(Mətbuat)

Paylaş:

Ən son xəbərlər