Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Pravda.az-ın xəbərinə görə, komitə sədri Tahir Mirkişili müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

Bildirilib ki, iqtisadiyyata investisiya qoyuluşlarını təşviq etmək, investorların hüquqlarını qorumaq və investisiya fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq məqsədilə “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb.


Leyla