Ukraynada müharibə başladıqdan sonra Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova proseslərdə görünmədi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etmədi. Azərbaycan cəmiyyəti, Ukraynada çətin durumda qalan soydaşlarımız səfirin sorağını günlərlə gözlədikləri ünvanlardan ala bilmədilər. Müharibənin 10-cü günü ortaya atılan xəbərdə səfiri axtaran vətəndaşlardan “bu mövzunun üstündən keçmək” istənilirdi. Elmira Axundovanın qadınlığı qabardırmaqla onun Türkiyədə “ağır onkoloji əməliyyatdan çıxması” xüsusi vurğulanırdı.
Sonradan üzə çıxan məlumatlardan aydın oldu ki, Elmira Axundova Bakıdakı 400 kvadratlıq mənzilindədir. Dedi ki, bəs Türkiyədə onurğasından əməliyyat olunub, Kiyevə qayıdıb və fevral ayında tədbirlər təşkil edib.
Elmira Axundovanın dediklərindən: “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik”.
Sual olunur: Əgər səfir Türkiyədə onurğasından əməliyyat olunubsa, Ukraynaya qayıdandan sonra fevral ayında həmin o sadaladığı tədbirləri necə keçirib? Həqiqətənmi Elmira Axundova Türkiyədə onurğa əməliyyatı keçirib?
Sosial şəbəkələrdə belə məlumatlar var ki, Elmira Axundova Türkiyəyə onurğa əməliyyatına deyil, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanmasını aradan qaldırmaq üçün plastik əməliyyata gedibmiş. Belə aydın olur ki, qaçaq səfir may ayında 70 illiyinə və “Şərəf” ordeni almağa hazırlaşır. Ona görə də Türkiyəyə gedib, plastik əməliyyata baş vurub. Üzündə cavanlaşdırma əməliyyatını da yubileyinə hazırlıqlar çərçivəsində həyata keçirib. Türkiyədəki onkoloji xəstəliklərin cərrahiyyəsi üzrə ixtisaslaşan xəstəxanalardan birində baş tutan əməliyyatdan sonra Elmira Axundova Ukraynaya qayıdıb. Onun ötən il və bu ilin əvvəlində çəkdirdiyi fotolara diqqət etdikdə də üzündəki fərq açıq-aşkar hiss olunur.

Elmira Axundova kimdir və onun Ukraynada səfir postunda nə işi vardı?
