Bu günlərdə evlərdə süfrələr bayram ab-havalı bəzədilir, üzərinə cürbəcür naz-nemətlər düzülür, hər kəs toplaşıb ailəlikcə bayramı qeyd edir. Bəs bu bayram süfrələri minimum neçə manata başa gəlir?
Bayram qabağı bazarlarda diri toyuğun biri 6-7-10 manata, hind quşunun kilosu isə 14-15 manata satılır.Şabalıdın kilosu 9-12 ,kişmiş 6-12, alça turşusu isə 5-6 manatadır.
Novruz süfrəsinin bəzəyi həm də cürbəcür quru meyvələr və ləbləbilərdir. Bunların qiyməti isə məhsulun növünə görə dəyişir.