BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva: "Xocalı soyqırımı yaddaşlarımızdan heç vaxt silinməyəcək"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar paylaşım edib.

Pravda.az-ın xəbərinə görə Birinci vitse-prezident bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir: "Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Tarix: 26 Fevral 2020, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin