Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məhkəmə Aleksey Navalnı ilə bağlı qərar verdi

1 409
Paylaş:
Məhkəmə Aleksey Navalnı ilə bağlı qərar verdi

Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı ilə cinayət işi üzrə Aleksey Navalnıya hökm oxunub.

Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bundan başqa, məhkəmə Navalnını 1,2 milyon rubl məbləğində cərimələyib.

Qeyd edək ki, dövlət ittihamçısı Navalnıya ümumilikdə 13 il həbs cəzası verilməsini istəyib.

Paylaş:

Ən son xəbərlər