Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib

938
Paylaş:
Rusiya Nəqliyyat Nazirliyi: Azərbaycan təyyarələrimizi həbs etməyib

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Bu barədə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

APA

Paylaş:

Ən son xəbərlər