Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Cavanşir Məmmədov: "Dostlarım ad günümdə maşın hədiyyə etdilər" - VİDEO

1 801
Paylaş:
Cavanşir Məmmədov: "Dostlarım ad günümdə maşın hədiyyə etdilər" -     VİDEO

Əməkdar artist Cavanşir Məmmədov avtomobil kolleksiyasına daha birini əlavə edib.

Pravda.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" proqramında danışıb. Müğənni avtomobilin ona ad günündə dostlarının hədiyyə etdiyini bildirib:

"Ayın 15-də ad günüm idi. İki dostum gecə zəng etdi ki, səhər bir yerə gedəcəyik. Məni maşın salonuna apardılar. Avtomobilin pulunu verdilər, sənədlərinin də adıma keçirilməsini tapşırdılar. Bahalı avtomobil deyildi, 4 qapılı "Niva" idi. Onlar bilirlər ki, eksklüziv avtomobilləri sevirəm. 20 il əvvəl də "Qaz 31" limuzin hədiyyə etmişdilər. Dedim, pulun yarısın mən verim, qoymadılar. 24 min manata aldılar".Axşam.az

Paylaş:

Ən son xəbərlər