“Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Volodimir Zelenskiyə və baş nazir Denis Şmıqala sui-qəsd planlaşdırıb”.
Bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski danışıb. O bildirib ki, bununla bağlı bütün sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib.