Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Tanınmış vəkil mükafata layiq görüldü

1 856
Paylaş:
Tanınmış vəkil mükafata layiq görüldü

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova aktiv hüquq fəaliyyətinə görə qadınlar arasında "2022 Global Woman Awards" mükafatına layiq görülüb.


Pravda.az xəbər verir ki, S.Yaqubova 2005-ci ildən Vəkillər Kollegiyasının üzvü olmaqla 17 illik vəkillik təcrübəsinə, ümumilikdə isə 21 illik hüquq stajına malikdir.


Bir sıra böyük hüquq layihələrində uğurla yer alıb, o cümlədən Avropa İttifaqının və Avropa Şurasının Azərbaycan Hökuməti ilə birgə əməkdaşlığı ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı” Proqramında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” üzrə vəkillər, prokurorluq orqanları əməkdaşları, praktik hüquqşünaslar üçün hüquq təlimçisi və milli ekspertdir.


Bundan başqa, korporativ hüquq, əmək hüququ və antikorrupsiya İSO standartları mövzusunda uğurlu təlimçi olmaqla özəl şirkətlər və bir sıra dövlət orqanları ilə təlimçi qismində əməkdaşlıq edib.


Eyni zamanda Azərbaycanda ən böyük hüquq layihələrindən biri olan, Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə hüquq layihəsi olan "Azərbaycan Hüquqları Konsorsiumu"nda baş hüquq koordinatoru olub.


Bundan başqa, S.Yaqubova 2016 və 2019-cu illərdə Azərbaycan Respublikasının (Azərbaycan Hökumətinin) Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın ve ya cəzanın qarşısının alınması üzrə Komitəsinə (İşgəncələrə Qarşı Komitə- CPT) üzvülüyə namizədi olub.


S.Yaqubova ictimai fəaliyyətdə aktiv vəkillərdən olmaqla 2020-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Hüquq və Mən" verilişinin aparıcısı olub.


Həmçinin mütəmadi olaraq hüquqla bağlı televiziya verlişlərində və mediada aktiv iştirak edib.

Paylaş:

Ən son xəbərlər