Prezident Vladimir Putin Rusiya Milli Qvardiyası Qoşunlarının yaranma günü münasibətilə videomüraciətində ölkəsinin Ukraynada hərbi əməliyyatlarda iştirak edən qvardiyasının əməkdaşlarına təşəkkür edib.
"Bizim böyük ölkəmiz hər birinizlə haqlı olaraq fəxr edir. Mən sizə təşəkkür etmək istəyirəm. Rusiyanın dəyanətinə və qüsursuz xidmətinizə görə təşəkkür edirəm. Vətənə, anda və vəzifəyə sədaqətinə görə. Bir daha əsgərləri və komandirləri təbrik edirəm. Bütün şəxsi heyətin və təbii ki, Rusiya Qvardiyasının veteranlarının peşə bayramı təbrik edirəm. Hamınıza və ailənizə cansağlığı, uğurlar arzulayıram”, - Putin əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak edən Rusiya Qvardiyasının əməkdaşları cəsarətli, qətiyyətli və qorxmaz hərəkət edir.