Azərbaycan Milli Məclisinin İnsan Hüquqları komitəsinin iclası keçirilib.
Deputat Tahir Kərimlinin Pravda.az-a verdiyi məlumata görə, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.