Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

"Rusiya ilə dialoqu davam etdirmək lazımdır" - İbrahim Kalın

1 207
Paylaş:
"Rusiya ilə dialoqu davam etdirmək lazımdır" -     İbrahim Kalın

Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin nizamlanması üçün Rusiya ilə dialoqu davam etdirməlidir.

Pravda.az-ın məlumatına görə, bunu Dohada keçirilən beynəlxalq forumda çıxışı zamanı Türkiyə Prezidentinin mətbaut katibi İbrahim Kalın deyib.

"Hamı Rusiya ilə körpüləri yandırsa, axırda kim onlarla danışacaq? Ukraynalılar hər cür dəstəyi almalıdırlar ki, özlərini qoruya bilsinlər. Amma Rusiyanın arqumenti bu və ya digər şəkildə eşidilməlidir", - deyə İ.Kalın bildirib.

Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan İ.Kalın əlavə edib: "Türkiyə olaraq sülh üçün əlimizdən gələni edirik. Bizim Prezident həm Zelenski ilə, həm də Putinlə iki-üç dəfə danışıb. O, yaxın günlərdə yenidən Putinlə danışacaq".

Trend

Paylaş:

Ən son xəbərlər