ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.
Filmin rejissoru Reynaldo Markus Qrindir.
Eyni zamanda rejissor Şan Heyderin "Kar valideynlərin uşağı" filmi "ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb
Təşkilatçılar bildiriblər ki, Cessika Çesteyn “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.
Təntənəli mərasimin üç saata yaxın davam edib. Bu müddət ərzində 23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunub. Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”.