Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri müəyyənləşib.
Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
- xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına daxil olan humanitar yardımlar barədə məlumatları toplamaq, həmin yardımları qəbul etmək, onların uçotunun aparılması, saxlanılması, bölgüsü, təyinatı üzrə çatdırılması və istifadəsi ilə bağlı işləri təşkil etmək və bu işlərə nəzarət etmək;