"Ekstrasenslərin döyüşü" şousunun iştirakçısı, maq Aleksandr Kantonistov 2022-ci ildə Rusiyada o qədər də yaxşı dəyişikliklərin olmayacağını bildirib.
Pravda.az xəbər verir ki, onun sözlərinə görə, martın sonundan aprelin 6-dək Rusiyada Putinə etiraz edənlərin hamısının "təmizləmələri” aparılacaq. Həmçinin, Rusiya Federasiyasında "iqlim” daha da sərtləşəcək, bu da daha çox insanın narazı qalması deməkdir.
Kantonistov qeyd edib ki, aprelin ortaları dönüş nöqtəsi olacaq. Bu zaman Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mümkündür. Amma yayın sonuna qədər təcavüzkar Putin ölə bilər.
"İyunun əvvəlindən Putin üçün onun həyatında ən kritik dövr başlayır – bunlar diktatoru zəhərləmək və fiziki cəzalandırmaq cəhdləri olacaq.