Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035 nəfərə ipoteka krediti verilib. Bəs ipoteka ilə alınmış mənzilin yerləşdiyi bina hər hansı səbədən sökülərsə, bu halda ipoteka götürən nə etməlidir?
Pravda.az-ın xəbərinə görə, İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə təminat qismində çıxış edən ipoteka predmeti məhv olduqda, həmçinin üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda itirildikdə və ya zədələnmə nəticəsində öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə borcalan tərəfindən ipoteka krediti üzrə ödənişlərin həyata keçirilməsi davam etdirilir.