“Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına olan təhlükənin qarşısının alınmasını vacib sayırıq".
Pravda.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.