Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı

1 167
Paylaş:
Sülhməramlıları daşıyan helikopter qəzaya uğradı

Konqoda BMT-in sülhməramlılarına məxsus helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində göyərtədə olan 8 nəfərin hamısı həlak olub.

Onlardan 6-sı pakistanlı, biri serbiyalı, digəri isə rusiyalıdır.

Məlumata görə, qəza Şimali Kivu əyalətində helikopter yerə enərkən baş verib. Qrup Rutşuru şəhərinin cənub-şərqindəki Tşanzu bölgəsində kəşfiyyat missiyası aparırmış.

Paylaş:

Ən son xəbərlər