Martın 31-dən etibarən "WhatsApp” artıq bu cihazlarda işləməyəcək.
Dünyanın hər yerindən milyardlarla gündəlik aktiv istifadəçisi olan məşhur mesajlaşma proqramı olan "WhatsApp” 31 mart tarixindən etibarən bəzi telefonlarda işləməyəcək.
"WhatsApp” bəzi əməliyyat sistemlərindən istifadə edən telefon və planşet kimi cihazların martın 31-dən etibarən "WhatsApp” tətbiqindən istifadə edə bilməyəcəyini açıqlayıb.
"WhatsApp” proqramı tez-tez yenilənir və tətbiqə yeni funksiyalar əlavə olunur. Bu səbəbdən bir müddət sonra "WhatsApp" yeni funksiyalarını dəstəkləməyən bəzi köhnə telefonları və köhnə əməliyyat sistemlərindən istifadə edən cihazları artıq dəstəkləyə bilməyəcəyini açıqlayır.
"WhatsApp”-dan verilən son açıqlamaya görə, martın 31-dən etibarən WhatsApp bəzi Android, iOS və KaiOS versiyalarından istifadə edən telefonlarda mövcud olmayacaq.
"WhatsApp"-ı dəstəkləməyəcək telefonlar bunlardır: