Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Xalq artisti qəzada həlak oldu

2 103
Paylaş:
Xalq artisti qəzada həlak oldu

Başqırdıstanın Xalq artisti, "Sterlitamak" teatr-konsert birliyinin aktyoru Faim Axmedyanov həyat yoldaşı ilə yol qəzasında dünyasını dəyişib.

Hadisə Axmedyanovlar qohumlarının dəfn mərasiminə gedərkən baş verib. Aktyorun idarə etdiyi avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub. Cütlük yerindəcə keçinib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, Faim Xosna adlı xanımla evli idi. O, müəllim kimi fəaliyyət göstərirdi. Cütlüyün iki övladı var. Aktyor 2021-ci ildə Başqırdıstan Respublikasının Xalq artisti fəxri adını alıb.

Axsam.az

Paylaş:

Ən son xəbərlər