“Mən hər axmağa cavab vermək məcburiyyətində deyiləm”.
Pravda.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, AYB sədri Anar Rzayev söyləyib. O, Zamin Hacının “Anarın hekayəsi sözbəsöz plagiatdır” yazısına cavab olaraq daha sonra bunları əlavə edib:
“Ağıllı oxucular bilirlər ki, “Dantenin yubileyi” hekayəsi Azərbaycan ədəbiyyatında xüsusi yeri olan hekayədir. Bunu plagiat adlandırmaqla məni əsəbiləşdirmək istəyirlər. Bundan nə zövq alırlar, anlamıram. Mən heç kimdən heç nəyi plagiat etməmişəm”.
Kulis.az
Anardan Zamin Hacıya cavab: “Hər axmağa...”