"Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib”.
Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin beşi İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”.Report
Azərbaycanın 4 vətəndaşı Gürcüstanda koronavirusa nəzarətə götürüldü