Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ukrayna Rusiyanın neft bazasını vurub? - Putinə məruzə olundu - YENİLƏNDİ

2 057
Paylaş:
Ukrayna Rusiyanın neft bazasını vurub? -       Putinə məruzə olundu - YENİLƏNDİ

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod vilayəti ərazisinə aviasiya zərbəsi endirməsini təkzib edib.

Bu barədə Ukraynanın “Seqodnya” saytı məlumat yayıb.

“Biz şübhələnirik ki, Belqoroddakı neft bazasında partlayış Rusiya hərbçilərinin məsuliyyətsizliyi yaxud korrupsiya faktını gizlətmək səbəbilə baş verib”, - deyə Nazirlikdəki mənbə açıqlama verib.

***

14:40

Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Kremlin sözçüsü Rusiyanın havada Ukrayna üzərində üstünlüyünün mütləq fakt olduğunu, lakin hüquq-mühafizə orqanlarının bu hadisəyə qiymət verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirib. Nəticədə neft anbarındakı çənlərdə yanğın baş verib.

APA

Paylaş:

Ən son xəbərlər