Sovet aktrisası Aleksandra Yakovleva 65 yaşında vəfat edib.
Pravda.az xəbər verir ki, bu barədə aktrisa ilə birlikdə işləyən rejissor Nikolay Lebedev məlumat yayıb.
O bildirib ki, mərhum uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa “Ekipaj”, “Sehrbazlar”, “Kapuçine bulvarından olan adam” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.
Tanınmış aktrisa vəfat etdi