Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışdı - VİDEO

1 061
Paylaş:
Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışdı -       VİDEO

V çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edib.


Pravda.az-ın xəbərinə görə, N.Həmzəyev Türkiyəyə səfəri çərçivəsində qardaş ölkədə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar təşkil olunan silsilə tədbirlərdə, Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrdə Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

İstanbul Aydın Universitetində, Konya Səlcuq Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən anım mərasimlərində, rəsm sərgilərində dövlət və ictimai xadimlərin, QHT və KİV təmsilçilərinin, müəllim və tələbələrin qarşısında çıxış edən N.Həmzəyev Xocalı soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirib. N.Həmzəyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan aksiyaların böyük əhəmiyyətini xüsusi ilə vurğulayıb.

Qeyd edək ki, “Xocalıya Ədalət həftəsi” çərçivəsində Türkiyənin bir sıra bələdiyyə və universitetlərində Xocalı soyqırımı ilə bağlı konfranslar davam edir.



Paylaş:

Ən son xəbərlər