Əgər "qırmızı planet”in atmosferi homo sapiensin yaşaması üçün əlverişli olsaydı, qəribə səs effektləri verərdi. Beləliklə, elm adamları hesab edirlər ki, Marsda musiqi "tamamilə nizamsız" səslənəcək və qadınlar, prinsipcə, kişilərdən daha pis eşidiləcək.
Bu haqda Hi-Tech-in məlumatında deyilir.
Belə nəticələrə gəlmək üçün NASA-nın tədqiqatçıları lazerlə təchiz edilmiş "Perseverance” roverinə kömək ediblər. Rover geologiyanı öyrənmək üçün Mars qayalarını araşdırarkən, insanlar cihazın yaydığı stakkato kliklərinin SuperCam mikrofonuna çatması üçün lazım olan vaxtı ölçüblər. Məlum olub ki, Marsda səs sürəti 240 m/s-dir. Bu, səsin saniyədə təxminən 340 metr sürətlə yayıldığı Yerdəkindən daha aşağıdır.
Bu hadisə Günəşdən dördüncü planetdə hökm sürən soyuqla bağlıdır. Mütəxəssislər xatırladırlar ki, onun səthində orta temperatur mənfi 63 dərəcə Selsi təşkil edir. Bundan əlavə, karbon dioksid molekullarına aşağı təzyiq şəraitində "unikallıq” verən "Mars idiosinkraziyasını” nəzərə alsaq, insan basdan əvvəl yüksək səsləri eşitməli olardı.