Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Konstitusiya Məhkəməsi bir neçə seçki dairəsinin nəticəsini ləğv edə bilər

1 028
Paylaş:
Konstitusiya Məhkəməsi bir neçə seçki dairəsinin nəticəsini ləğv edə bilər

Azərbaycan Konstitusiya Məhkəməsi (KM) növbədənkənar parlament seçkilərinin yekunları haqqında protokolu yoxlayır.

Pravda.az-ın xəbərinə görə, proses martın 5-dək davam edə bilər.

Qanunvericiliyə əsasən, yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıracaq.

Dairə seçki komissiyalarının protokolları tələblərə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək.

Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Konstitusiya Məhkəməsinin bir neçə seçki dairəsinin nəticəsini ləğv edəcəyi ehtimal edilir. Buraya səsvermə günü məntəqələrində qanun pozuntuları müşahidə edilən seçki dairələri daxildir.

Qeyd: Mərkəzi Seçki Komissiyası fevralın 13-də 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələri ləğv edilib.

Kənan

Paylaş:

Ən son xəbərlər