"Dörd ildir dediyimiz pik həddinə çatdı və biz tezliklə Qarabağı itirəcəyik, sonra Ermənistanı və dövlətçiliyimizi, himnimizi və gerbimizi itirəcəyik."
Bunu bu gün, aprelin 3-də NEWS.am-a açıqlamasında parlamentin “Ermənistan” fraksiyasından olan deputatı, “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan deyib.
“Biz həyəcan təbili çalmaq istəyirik ki, ictimaiyyətimiz artıq Qarabağı itirmək yolunda olduğumuzu başa düşsün. Bu hökumət bunun üçün aydın addımlar atır. Qarabağsız Ermənistan da olmayacaq”, - deyə müxalifətçi siyasətçi aprelin 5-də müxalifətin keçirəcəyi mitinqi şərh edərkən vurğulayıb.