Prezident Administrasiyasında bir neçə siyasi partiyanın rəhbəri ilə görüş keçirilib.
Prezident Administrasiyasında Pənah Hüseynlə görüş olub
Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn məlumat verib.
“Bu gün Prezident Administrasiyasının binasında PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağlı görüşüm olub” - P.Hüseyn qeyd edib.