Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yeni Zelandiya rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etdi

1 015
Paylaş:
Yeni Zelandiya rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etdi

Yeni Zelandiya rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Pravda.az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta bildirib.

Bildirilib ki, hökumət Rusiya oliqarxları və ya onların yaxın qohumları olan əlavə 36 şəxsə qarşı sanksiyalar paketini təsdiqləyib.

Mahuta qeyd edib ki, bu, Yeni Zelandiyanın Rusiyaya qarşı ikinci sanksiyalar paketidir. Daha əvvəl Rusiya prezidenti, Rusiya milli təhlükəsizlik şurasının üzvləri də daxil olmaqla 19 nəfər qara siyahıya salınmışdı.

Bundan əlavə 364 rusiyalı üçün Yeni Zelandiyaya səfər qadağası tətbiq edilmişdi.

Leyla

Paylaş:

Ən son xəbərlər