Azərbaycanda hər bir məhbusa çəkilən bir günlük xərc 15 manat 80 qəpikdir. 2021-ci ilin statistik məlumatlarına görə, ölkədəki məhbusların 5 min 108 nəfəri narkotik cinayətlərinə görə həbs olunanlardır.
Bu o deməkdir ki, təkcə narkotik cinayətlərinə görə həbs olunan şəxslərin günlük xərci 80 min 706 manat təşkil edir. Bu da ayda təxminən 2 milyon 421 min manat vəsait deməkdir.
İndi düşünməliyik: gün ərzində 80 min manat vəsaiti hansı istiqamətlərdə səmərəli istifadə edə bilərik ki, sonda bu məbləği təkcə narkotik cinayətlərnə görə həbs edilən şəxslərin günlük həbsxana həyatına xərcləməyək!?
.jpg)
Təxminən bir ildir ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı real, sistemli və konseptual tədbirlər planı həyata keçirilməkdədir. Düzdür, əvvəllər də bu istiqamətdə müəyyən tədbirlər planı həyata keçirilib, amma ciddi nəticələr əldə olunmamışdı.
Lakin 2021-ci il narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində yeni və inqilabi mərhələnin başlanğıcı oldu. Və proses bu gün də davam etməkdədir.
Bu bir il ərzində görülən tədbirlərlə bağlı hesabatla çıxış etməyi bacarmalıyıq. Hüquq-mühafizə orqanları, bu işə cəlb olunan ayrı-ayrı qurumlar, media, QHT-lər bir il ərzində narkotiklərlə mübarizə tədbirlərinin nəticələrini təhlil etməlidir. Bütövlükdə cəmiyyətimiz özündə bir hesabatlılıq hiss etməlidir. Özümüzə suallar vermliyik: bir il ərzində hansı nəticələri əldə etdik və bu nəticələri qənaətbəxş hesab etmək olarmı? Növbəti illərdə bu mübarizəni hansı şəkildə davam etdirmək lazımdır? Narkotik maddələlərin qanunsuz dövriyyəsinə qarşı real və sərt mübarizə tədbirlərinin ikinci ilinə daxil oluruq, bəs bundan sonrakı hədəflərimiz necə qurulmalıdır?
Qeyd edək ki, bir il ərzində Azsiyaset.com saytı narkoticarətin marşrutu, narkomanlığın ciddi genetik fəsadları və milli hədəflərimizə qarşı yönələn narkotik vasitələrin qanunsuz dövriyyəsinin əsl mahiyyəti barədə onlarla araşdırma, analitik məqalə dərc edib. Dərc edilən məqalələrdəki tənqidlərdən nəticə çıxararaq öz passiv fəaliyyətində dönüş edən təşkilatlar da olub. Bu sahədəki problemlərin siyasi olimpdə müzakirəyə çıxarılmasına az da olsa, təsir edə bilmişik.
Bu baxımdan narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirləri sahəsində Azsiyaset.com saytı davamlı və milli mövqeyini davam etdirməkdə bundan sonra da israrlıdır. Bundan sonra da ictimai və media nəzarəti funksiyamızı daha da gücləndirəcəyik.
.jpg)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinin dəyişməyən aspektləri...
Ötən ilin payızına qədər bu Dövlət komissiyasının heç bir paktiki fəaliyyəti yox idi. 2021-ci ilin avqust ayında Azsiyaset.com saytında dərc edilən "Ölkədə narkotik satanlar və istifadəçiləri həbs edilir, bəs niyə bircə nəfər "narkobaron" həbs edilmir?" sərlövhəli məqalədə Komissiyanın illik büdcəsinin 280 min manat olduğu barədə məlumat da yer alırdı.
Redaksiyamızın əldə etdiyi yeni məlumatlara görə, Dövlət komissiyasının illik büdcəsi artırılıb və 2022-ci ildə bu quruma 348 min manat vəsait ayrılıb.
Dekabrın 16-da Przident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun da əməkhaqları 20% artırıldı.
Komissiya müxtəlif qurumlara birlikdə narkomaniya ilə bağlı tədbirlər keçirsə də, yenə də öz fəaliyyətini effektiv və operativ şəkildə qura bilmir. Məsələn, Komissiyanın veb-saytında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə tədbirlərinin 2021-ci ilin sonuncu rübünə və 2022-ci ilin birinci rübünə olan statistik məlumatları yerləşdirilməyib.
Daha dəqiq desək, axtardığımız məlumatları Komissiya ilə əlaqə saxlayandan sonra pərakəndə şəkildə dərc edilmiş məlumatların içərisindən tapa bildik.
Komissiyadan saytımıza bildirdilər ki, 2022-ci ilin ilk üç ayının statistik məlumatları aprelin ilk on günlüyündə dərc ediləcək: "Düzdür, 2021-ci ilin son rübünün statistik məlumatları Komissiyanın saytının "Statistik məlumatlar" bölməsində yer almayıb, biz həmin məlumatları illik hesabat şəklində dərc edəcəyik.
Maraqlıdır, Komissiya bu 6 ay ərzində vaxt tapıb hüquq-mühafizə orqanlarından məlumatları ala bilməyib?
Ümumiyyətlə, Dövlət komissiyası inzibatçı fəaliyyətdən qaçmalıdır, o, narkotiklə mübarizə istiqamətində bütün hüquq-mühafizə orqanları üçün müştərək ideoloji mərkəzə çevrilməli idi. Amma nə fayda...

.jpg)
.jpg)
.jpg)
