Bakıda “VAZ 2107” markalı avtomobillə təhlükəli hərəkət edən sürücünün görüntüsü kameraya düşüb.
Aprelin 1-də 99-NE-312 qeydiyyat nişanlı avtomobilin sürücüsü paytaxtın Heydər Əliyev prospekti ilə hərəkət edərkən ayağını bayıra çıxarıb. Görüntünü qeydə alan sürücü ona yaxınlaşıb irad bildirərkən, özünə haqq qazandırmağa çalışıb. Ayağının ağrıdığını bildirən sürücü etdiyi hərəkətin nə qədər təhlükəli olduğunu təəssüf ki, anlamayıb.
Həmin avtomobilin ötürücülər qutusu mexaniki olduğu üçün, hər iki ayaq pedallardan istifadə üçün hər an hazır olmalıdır. Bununla yanaşı sürücü nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında düzgün oturmalı, həm də ətrafa nəzarət etməlidir.