Türkiyədə yayımlanan məşhur "İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) gecə klubunda baş verən hadisədən danışıb.
Pravda.az-ın xəbərinə görə, model bildirib ki, onun həyatını tanımadığı bir nəfər xilas edib:
"Rəfiqələrimlə idim. Qəfil partlayış səsi gəldi, hər yer silkələndi. Qışqırıq səslərindən vahiməyə düşdüm. Sonra klubun beton dirəyi üstümə aşdı. Gördüm ki, saçlarım yanır. Tanımadığım bir oğlan məni xilas etməsə yanıb öləcəkdim".