Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.
Pravda.az-ın xəbərinə görə, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir.
Davam edən qazıntılar zamanı birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.