Baş Prokurorluq rüşvət ittihamı ilə həbs edilən və məhkəmədə şərti cəza alaraq azadlığa çıxan gömrükçülərlə bağlı protest verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin sürətli icra edilməsinə şərait yaradılması müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunduğundan cinayət işi başlanılmışdı. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.