Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Pravda.az-a verilən xəbərə görə, 6 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən DSX Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticə­sində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yar­dım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.